Slovakiya kəşfiyyatının rəhbəri həbs edildi
Slovakiyanın informasiya xidmətinin (kəşfiyyatının) rəhbəri Mişal Alaç cinayətkar qrup yaratmaq, vəzifə səlahiyyətlərindən sui-istifadə və ədalət mühakiməsinə mane olmaqda şübhəli bilinərək həbs olunub.
Demedia.az xəbər verir ki, bu barədə onun vəkili Marian Boşanski məlumat verib.
Yerli KİV-in yazdığına görə, iş üzrə həmçinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinən Slovakiya Milli Təhlükəsizlik İdarəsinin rəhbəri Roman Koneçninin adı da hallanır.
Slovakiyanın “Smer” müxalifət partiyasının rəhbəri, keçmiş baş nazir Robert Fiko bildirib ki, polis Alaçı şahidlərə təsir edə biləcəyindən ehtiyatlanaraq saxlayıb. Polisin məlumatına görə, o, slovakiyalı iş adamlarından birinin rəhbərlik etdiyi cinayətkar qrupun üzvü olub. Onun məqsədinin cinayət işlərinin araşdırılmasına təsir göstərmək olduğu bildirilir.//Report.az