Ərdoğan Budapeştə səfər edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə avqustun 20-də Budapeştə birgünlük səfər edəcək.
Demedia.az TASS-a istinadən xəbər verir ki, danışıqlar zamanı ilk növbədə Ukraynadakı vəziyyət, “taxıl müqaviləsi”nin dayandırılmasından sonra Qara dənizdə təhlükəsizliyin təmin edilməsi üçün yol xəritəsinin hazırlanması müzakirə olunacaq.
TRT telekanalı Ərdoğan administrasiyasındakı mənbələrə istinadən xəbər verir ki, görüş zamanı həmçinin iki ölkə arasında əməkdaşlıq, həmçinin ilin sonunda Budapeştdə keçiriləcək Macarıstan-Türkiyə yüksək səviyyəli strateji əməkdaşlıq şurasının iclasına hazırlıq məsələlərinin müzakirəsi planlaşdırılır.