Dominikanda partlayışda ölənlərin sayı 32-ə çatdı
Dominikan Respublikasının cənubundakı San-Kristobal əyalətində baş verən partlayış nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb.
Demedia.az xəbər verir ki, daha əvvəl 25 nəfərin öldüyü bildirilirdi. Qeyd olunur ki, hazırda 59 zərərçəkəndən 12-si xəstəxanalarda müalicə alır.
Partlayış avqustun 14-də plastmas istehsal edən fabrikdə baş verib.