Ukrayna Türkiyəni İsveçin NATO-ya üzvlüyünü dəstəkləməyə çağırdı
Prezident Volodimir Zelenski Ukraynanın İsveçin NATO-ya daxil olmasını dəstəklədiyini açıqlayıb, xüsusən də alyansın üzvü olan Türkiyə ilə danışıqlarda bu məsələni qaldırıb.
Demedia.az xəbər verir ki, bu barədə Ukrayna lideri İsveçin baş naziri Ulf Kristerssonla danışıqlardan sonra mətbuat konfransında deyib.
Dövlət başçısı vurğulayıb ki, İsveç “NATO-nun xeyrinə tamamilə rasional seçim edib” və ukraynalıların seçimi də buna bənzəyir.
“Əminəm ki, dövlətlərimiz birlikdə Alyansda olacaq və təhlükəsizliyə, xüsusən də bu Baltik-Qara dəniz-Azov regionunda zəmanət verəcək”, - Zelenski əlavə edib.
O qeyd edib ki, Alyansdakı bütün tərəfdaşlarla danışıqlarda “biz İsveçin NATO-ya daxil olması üçün, o cümlədən Türkiyə ilə danışıqlarda daimi dəstəyə çağırırıq”.
“Mən cənab Ərdoğanla bu yaxınlarda keçirdiyim görüşdə NATO-da İsveçin lehinə arqumentlər söylədim. Biz bu işi gələcəkdə - İsveçin NATO-ya qəbulunda davam etdirəcəyik”, - Zelenski deyib.