Pakistanda avtobus və yük maşını toqquşdu: 20 nəfər öldü



 22:17 20.08.2023     369

Pakistanın Pəncab əyalətində avtobusla yük avtomobilinin toqquşması nəticəsində azı 20 nəfər ölüb, 15 nəfər yaralanıb.

Demedia.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi xilasetmə xidmətinə istinadən məlumat yayıb.

Hadisə səhər saatlarında Faisalabad şəhəri yaxınlığındakı magistral yolda qeydə alınıb. Kəraçi-İslamabad marşrutu ilə hərəkət edən sərnişin avtobusu dizel yanacağı çənləri daşıyan yük maşınına çırpılıb.

Toqquşma nəticəsində yanacaq çəni partlayıb, yanğın hər iki avtomobili bürüyüb.

Avtobusda azı 40 nəfər olub.