Ruslar Qorbaçov və Yeltsini tarixlərinin ən pis lideri adlandırıblar
“Boris Yeltsin və Mixail Qorbaçov Rusiya tarixinin ən pis rəhbərləridir”.
Demedia.az bu barədə Rusiyanın “Field” tədqiqat qrupunun sorğusunun nəticələrinə istinadən xəbər verir.
Ölkə tarixinin ən yaxşı və ən pis rəhbərlərini müəyyən etmək üçün keçirilən sorğunun nəticələrinə görə, ən populyar lider - I Pyotr (82%) və II Yekaterina (71%) olub. Üçüncü yerdə, sorğuya görə, 65 faizlə İosif Stalin olub. Ona ən çox yaşlı respondentlər səs verib. Hesabatda qeyd olunur ki, sorğunun müəllifləri sovet liderinin reytinqin lider olacağını gözlədikləri üçün nəticədən təəccüblənirlər.
Rusların fikrincə, ən pis liderlər - Boris Yeltsin (19%) və Mixail Qorbaçovdur (17%). Onlara qarşı ən pis münasibəti yaşı 30-dan yuxarı kişi respondentlər və ailə gəliri 40 min rubla qədər olan insanlar göstəriblər.