Rusiyaya məxsus 11 “Shahed” PUA-sını məhv edildi



 14:00 23.08.2023     325

Ukrayna bu gecə Rusiyanın 11 ədəd “Shahed” PUA-sını məhv edib.

Demedia.az xəbər verir ki, bu barədə “RBC-Ukraina” Hərbi Hava Qüvvələrinə istinadən xəbər verir.

Məlumata görə, Rusiya İran istehsallı 20 ədəd “Shahed-136/131” tipli pilotsuz uçuş aparatları ilə bütün ölkə boyu hücumlar edib. Onlardan doqquzu - Odessa vilayətində, ikisi isə Zaporojye vilayətində vurulub.

Qeyd edək ki, səhərə yaxın Rusiyanın paytaxtı Moskva yenidən PUA-ların hücumuna məruz qalıb. Moskva meri Sergey Sobyanin rəsmi teleqram kanalında yazıb ki, Moskva vilayətinin Mojaysk rayonunda pilotsuz uçuş aparatı hava hücumundan müdafiə vasitəsi ilə vurulub, daha bir PUA isə Moskva-Siti ərazisində tikilməkdə olan binaya düşüb.