Rusiyanın Baş naziri Ermənistana səfər edəcək
Rusiyanın Baş naziri Mixail Mişustin Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün avqustun 24-25-də Ermənistana səfər edəcək.
Demedia.az xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
“Görüş zamanı hökumət başçıları Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində orta və uzunmüddətli perspektivdə inteqrasiya proseslərinin inkişafı məsələlərini müzakirə etməyi planlaşdırırlar. Tərəflər Aİİ çərçivəsində hüquqi mexanizmlərin daha da təkmilləşdirilməsini, digər ölkələrlə mövcud qarşılıqlı fəaliyyət formatlarının gücləndirilməsini və potensial tərəfdaşlarla əlaqələrin qurulmasını müzakirə edəcəklər” , - məlumatda qeyd edilib.