Türkiyədə 5 maqnitudalı zəlzələ oldu
Avqustun 24-də səhər saatlarında Türkiyənin Malatya şəhərində 5 maqnitudalı zəlzələ olub.
Demedia.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ 7 kilometr dərinlikdə olub.
Dağıntı və tələfat barədə hələ ki məlumat yoxdur.