Bütün torpaqlarımızı azad etməyincə dayanmayacağıq - Ukrayna
“Bütün torpaqlarımızı azad etməyincə dayanmayacağıq”.
Demedia.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin 24 avqust - Ukraynanın Müstəqillik Günü ilə bağlı feysbuk paylaşımında qeyd olunub.
Bildirilib ki, Rusiya bütün cinayətlərinə görə məsuliyyət daşımalıdır: “Müstəqillik bizim varlığımızdır. Konstitusiyamız, sərhədlərimiz və torpağımızda azad yaşamaq imkanı uğrunda mübarizə aparırıq. Biz həqiqəti və ləyaqəti seçən insanlarıq”.
Qeyd edilib ki, Ukrayna xalqının birliyi gələcək qələbənin təməlidir: “Ukrayna uğrunda canından keçən hər damla qanı, hər döyüşü, hər bir qəhrəmanı ehtiramla yad edirik. Məqsədimizə birlikdə nail olacağıq”.