ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi
Rəsmi Vaşinqton Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.
Demedia.az xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden Ukraynanın Müstəqillik Günü münasibətilə bəyanatında bildirib.
O qeyd edib ki, siyahıda minlərlə ukraynalı uşağı zorla Rusiyaya aparanların da adları var.
Sanksiyaya məruz qalan şəxslərin adlarının siyahısı hələ açıqlanmayıb.