Lirə sürətlə bahalaşır - Davamlı olacaq?



 09:55 25.08.2023     306

"Lirə hazırda sürətlə bahalaşsa da, bunun davamlı olacağını düşünmürəm".

Demedia.az  bildirir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov qeyd edib. Ekspert həmçinin əlavə edib:

"Səbəb aydındır - Türkiyə Mərkəzi Bankının uçot dərəcəsini 7,5 faiz bəndi artırılaraq 17,5%-dən 25%-ə qaldıması Lirəyə psixoloji təzyiqi azaltmış və Lirə dəyər qazanmışdır. Uçot dərəcəsinin birdən-birə 7.5 faiz bəndi artımı qarşısında bunu normal qarşılamaq lazımdır. Amma qarşıdakı uzun müddət ərzində lirənin bu templə bahalaşmasının davamlı olacağını gözləmirəm. Psixoloji effektlər neytrallaşdıqdan sonra nisbətən dinamika azalacaq və lirənin əvvəlki vəziyyətinə dönməsi üçün hələ uzun müddət lazım olacaq".