Paşinyan məhkəməyə verildi



 17:52 27.05.2021     365

Vəkillər Vahe Hovsepyan və Vardan Arakelyan inzibati məhkəməyə müraciət edərək Nikol Paşinyana qarşı iddia qaldırıblar.

Nexeber.az yenisabah.az-a istinadla xəbər verir ki, onlar Ermənistan baş nazirinin dövlət sərhədləri və ərazi bütövlüyü ilə bağlı bir sənəd imzalamasına icazə verilməməsini tələb edirlər.

"Söhbət Nikol Paşinyanın imzalamaq niyyətində olduğu və son günlərdə internetdə yayılan  demarkasiya və delimitasiyaya dair sənəddən gedir", - deyə Vahe Hovsepyan bildirib.

Vəkilin sözlərinə görə, Paşinyan belə əhəmiyyətli sənədləri imzalamaq səlahiyyətinə malik deyil.

"Bundan ötrü referendum keçirilməlidir", - deyə, onlar vurğulayıblar.