“Ukraynada seçkilərin keçirilməsi..." - Danilov



 18:00 25.08.2023     320

“Ukraynada seçkilərin keçirilməsi yalnız müharibənin bitməsindən sonra mümkündür”.

Demedia.az xəbər verir ki, bunu Ukraynanın Müdafiə və Təhlükəsizlik Şurasının katibi Oliksiy Danilov xarici KİV-ə müsahibəsində deyib.

O bildirib ki, döyüşlərin davam etdiyi vaxtda seçkilərin keçirilməsi çox çətindir: “Belə ki, dövlət istisnasız olaraq bütün vətəndaşların səsverməsini təmin etməlidir. Müharibə vaxtı bunu etmək isə çox çətindir. Ona görə də biz qanunlarımıza, Konstitusiyamıza uyğun hərəkət edəcəyik”.