Bəzi ölkələrdə koronavirusa yoluxma və ölüm kəskin artıb



 09:07 26.08.2023     430

Koronavirusa yoluxma hallarının qlobal azalması fonunda bəzi ölkələrdə xəstəxanaya yerləşdirmə və ölüm halları kəskin artmaqdadır.

Demedia.az xəbər verir ki, bunu ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirilən brifinqdə deyib.

Qebreyesus dünya ölkələrini belə bir vəziyyətdə koronavirusun yeni ştamlarının yayılması ilə bağlı riski qiymətləndirmək üçün epidemioloji nəzarəti və məlumat mübadiləsini gücləndirməyə çağırıb:

“Biz bütün dövlətləri EG.5 və BA.2.86 kimi yeni ştamların yayılma riskini qiymətləndirə bilməmiz üçün nəzarəti gücləndirməyə çağırırıq”.

O vurğulayıb ki, bu ilin may ayında COVID-19-a yoluxma halının azalmasına baxmayaraq, bu xəstəlik sağlamlıq üçün qlobal təhlükə olaraq qalır.