“SpaceX” kompaniyası daha 22 internet peykini orbitə çıxardı



 16:34 27.08.2023     320

“SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi bu gün qlobal internet şəbəkəsi üçün nəzərdə tutulan 22 ədəd “Starlink” peyklərindən ibarət növbəti qrupu orbitə çıxarıb.

Demedia.az xəbər verir ki, kompaniyanın saytında yerləşdirilən məlumata görə, buraxılış ABŞ Kosmik Qüvvələrinin Floridadakı "Cape Canaveral" bazasındakı 40-cı buraxılış kompleksindən həyata keçirilib.

Bu, "Starlink" layihəsi çərçivəsində 2019-cu ilin may ayından etibarən internet peyklərinin 103-cü, bu ilin əvvəlindən isə 34-cü buraxılışıdır.

"SpaceX" artıq bu peyklərdən 4,9 mindən çoxunu orbitə çıxarıb. Onlardan təxminən 4,6 mini işlək vəziyyətdədir.

Üçüncü dəfə istifadə olunan reaktiv daşıyıcının təkrar istifadə oluna bilən birinci mərhələsi Atlantik okeanında yerləşən “Təlimatları oxuyun” dəniz dron platformasında idarə olunan şaquli eniş etməli olacaq.