Sergey Lavrovla Hakan Fidan arasında danışıqlar olacaq



 15:21 28.08.2023     326

Yaxın günlərdə Rusiya xarici işlər naziri Sergey Lavrovla türkiyəli həmkarı Hakan Fidan arasında danışıqlar baş tutacaq.

Demedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN sözçüsü Mariya Zaxarova deyib.

O, tərəflərin telefonla danışacağını, yaxud görüşəcəyini açıqlamayıb.

Qeyd edək ki, daha əvvəl H.Fidan sentyabrda Rusiyaya gedəcəyinə dair məlumat yayılmışdı.