“Taliban”ın bazalarına hücumlar təşkil edildi
Əfqanıstanda “Taliban”ın bazalarına hücumlar təşkil edilib, ötən və yaralananlar var.
Demedia.az xəbər verir ki, bu barədə “Taliban” hökumətini tanımayan Əfqanıstan Milli Müqavimət Cəbhəsi məlumat yayıb.
Bildirilib ki, avqustun 27-dən 28-nə keçən gecə paytaxt Kabilin Şəkərdərə və Təxar əyalətinin Fərxar rayonlarında “Taliban” bazalarına üç hücum edilib. Nəticədə iki nəfər öldürülüb, dörd nəfər isə yaralanıb.
“Bu hücumlarda Milli Müqavimət Cəbhəsinin qüvvələrinə heç bir zərər dəyməyib”, - məlumatda qeyd edilib.