Ərdoğanla Putinin görüşü barədə yeni məlumat: Bu tarixdə...



 13:15 29.08.2023     311

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 4-də Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.

Demedia.az xəbər verir bu barədə Türkiyənin “Habertürk” telekanalı məlumat yayıb.

Telekanal mənbələrə istinadən xəbər verir ki, ölkə liderlərinin görüşü sentyabrın 4-də Soçidə keçiriləcək.

Bundan əvvəl “Bloomberg” görüşün 8 sentyabrda keçiriləcəyini bildirmişdi. Agentlik bildirib ki, Ərdoğan Putinlə görüşdən sonra Yeni Dehlidə keçiriləcək G20 sammitində iştirak etmək üçün Hindistana gedəcək.

Putin və Ərdoğan arasında danışıqların əsas mövzusu Ankaranın xarici işlər naziri Hakan Fidanın təklif etdiyi taxıl sazişinin yeni formuludur. Bu barədə Türkiyənin “Hürriyet” qəzeti yazıb.