“Üçtərəfli razılaşmalar həyata keçirilməlidir” - Mariya Zaxarova



 16:28 30.08.2023     430

“Üçtərəfli razılaşmalar həyata keçirilməlidir”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

“Əsas təminat - razılaşmaların yerinə yetirilməsidir. Əgər bir şey razılaşdırılıbsa, üstəlik, o, ən yüksək səviyyədə imzalanıbsa, o zaman bu həyata keçirilməlidir, prosesə üçüncü şəxslər cəlb edilməməlidir. Elə razılaşmalar var ki, onları yerinə yetirmək lazımdır. Müqavilənin həyata keçirilməsində saxtakarlıq başlayan kimi təminatlara vaxt qalmır”, - o bildirib.//Report.az