Kreml Ərdoğanla Putinin Rusiyada görüşəcəklərini təsdiqlədi
Kreml Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfər edəcəyini təsdiqləyib.
Demedia.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
O bildirib ki, səfərin tarixi ilə bağlı rəsmi açıqlama veriləcək.
Qeyd edək ki, daha əvvəl Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putinin sentyabrın 4-də Soçidə görüşəcəkləri ilə bağlı məlumatlar yayılıb.