Monqolustan baş naziri qadına görə istefa verdi
Monqolustanın Baş naziri Uhnaaqiyn Hurelsuh doğuşdan çıxan qadının isti üst paltarı olmadan koronavirusa yoluxanlar üçün nəzərdə tutulmuş stasionara daşınması ilə bağlı qalmaqalla əlaqədar istefa verib.
Nexeber.az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.
Bundan əvvəl baş nazir bu insidentə görə bütün nazirlər kabinetinin istefaya göndərməsini təklif etmişdi. O, çıxışında baş verənlərdən təəssüfləndiyini bildirmişdi.