Fransadan sərt xəbərdarlıq: “Ordumuzla cavab verəcəyik”



 16:27 01.09.2023     316

Fransa Silahlı Qüvvələrinin Baş Qərargahı Nigerdə hakimiyyəti ələ keçirən hərbi xuntaya xəbərdarlıq edib.

Demedia.az xəbər verir ki, Baş Qərargah fransız ordusunun bu ölkənin Nigerdəki hərbi və diplomatik varlıqlarına zərər vurmağa yönəlmiş istənilən yeni gərginliyə cavab verməyə hazır olduğunu açıqlayıb.

Hərbi xunta dünən Fransanın Niameydəki səfiri Silvan İttenin avqustun 25-də ölkəni tərk etmək üçün 48 saat verdiyi, amma bunu etmədiyi üçün toxunulmazlığının qaldırıldığını və deportasiya ediləcəyini açıqlamışdı.

Fransa Prezidenti Emmanuel Makron bundan əvvəl qiyamçıların təzyiqlərinə baxmayaraq, səfirin Niameydə qalacağını demişdi.