Tramp və Bayden potensial seçicilərdən bərabər dəstək alıblar



 18:00 03.09.2023     332

“The Wall Street Journal”ın sentyabrın 2-də nəticələri dərc olunan sorğusuna əsasən, amerikalıların 46%-i ABŞ-ın hazırkı Prezidenti Cozef Baydeni və eyni sayda – onun sələfi Donald Trampı dəstəkləməyə hazırdır.

Demedia.az-ın məlumatına görə, respondentlər yalnız bu iki namizəd arasında seçim edə biliblər. İştirakçıların qalan 8%-i seçimlərində qərarsız olublar.

Sorğuda alternativ variantlar olduğu halda rəyi soruşulanların 40% Trampa, 39% isə Baydenə səs verib. Digər 17% respondent isə cavab verməkdən çəkinib.

Araşdırma avqustun 24-dən 30-dək qeydə alınmış 1,5 min seçici arasında aparılıb.