Rusiya Qara dəniz üzərində dronları zərərsizləşdirdi



 11:42 04.09.2023     288

Rusiya Müdafiə Nazirliyi bu gecə hava hücumundan müdafiə sistemlərinin ilhaq edilmiş Krım yaxınlığında və Kursk vilayətində Qara dəniz üzərində Ukraynaya məxsus iki dronu vurduğunu iddia edib.

Demedia.az xəbər verir ki, bu barədə hərbi qurum teleqramda məlumat yayıb.

“Ukraynaya məxsus pilotsuz uçuş aparatları Qara dəniz üzərində Krım yarımadası yaxınlığında və Kursk vilayəti ərazisi üzərində növbətçi hava hücumundan müdafiə vasitələri tərəfindən havada məhv edilib”, - məlumatda deyilib.