Müharibənin ən qısa zamanda ədalətli sülhlə başa çatmasını arzulayırıq - Ərdoğan



 18:31 04.09.2023     343

“Müharibənin ən qısa zamanda ədalətli sülhlə başa çatmasını arzulayırıq”.

Demedia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə rusiyalı həmkarı Vladimir Putinlə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, müharibənin qalibi, sülhün məğlubu olmaz: “Həmişə bu fikirdə olmuşuq”.

R.T.Ərdoğan əlavə edib ki, rəsmi Ankara bunun üçün səylərini davam etdirir.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyunundan əks-hücum əməliyyatları keçirir.