Ukrayna diversantları Rusiyaya daxil olmaq istədi
Ukrayna diversiya-kəşfiyyat qrupunun Bryansk vilayətinə hücumunun qarşısı alınıb.
Demedia.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Boqomaz deyib.
Bildirilib ki, FTX-nin sərhəd idarəsinin əməkdaşları və Müdafiə Nazirliyinin Bryansk vilayətinin Sevski rayonundakı sərhəd bölməsinin əməkdaşları tərəfindən təxribat qrupunun Rusiya ərazisinə soxulmaq cəhdinin qarşısı alınıb.
Boqomazın sözlərinə görə, toqquşma yerində təxribatçılar tərəfindən atılmış silah və sursatlar aşkar edilib.