“Ermənistanın ABŞ-la keçirəcəyi təlimlər..." - Rusiya XİN
“Rusiya Ermənistandakı müttəfiqlərinə ciddi diqqət yetirib, çünki onların ABŞ ilə təlimləri Moskvada narahatlıqla qarşılanır”.
Demedia.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
Onun sözlərinə görə, Moskva hesab edir ki, müttəfiqlik ruhuna uyğun olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı müttəfiqlərlə təlimlər praktikasına riayət etmək lazımdır.
Qeyd edək ki, Ermənistan və ABŞ-ın “EAGLE PARTNER 2023” adlı birgə hərbi təlimləri sentyabrın 11-dən 20-dək Ermənistan ərazisində keçiriləcək.