İrəvan Qarabağdan heç kimi bayrama dəvət etmədi – İlk dəfə
Ermənistanda I respublikanın elan edilməsinin 103-cü illiyi ilə bağlı bayram tədbirinə ilk dəfə Qarabağdakı separatçılardan heç kim dəvət edilməyib.
Nexeber.az axar.az-a istinadən xəbər verir ki, bu məlumatı ehtiyatda olan erməni general Arşavir Qaramyan yayıb.
O, Ermənistan hökumətinin separatçılara qarşı açıq hücuma keçdiyini bildirib.