KİV: Haaqada etiraz aksiyası zamanı 500 yaxın ekofəal saxlanılıb



 12:18 10.09.2023     307

Nideland polisi Haaqada əsas magistral yollardan birini bağlayan “Extinction Rebellion” ekoloji təşkilatının 500-ə yaxın fəalını saxlayıb.

Demedia.az-ın məlumatına görə, bu barədə nu.nl informasiya portalı məlumat yayıb.

Günorta saatlarında başlayan etiraz aksiyası bələdiyyə tərəfindən yasaqlanıb və hökumətdən qazıntı yanacaqlarına verilən subsidiyaları dayandırmaq istəyən ekofəallardan başqa yerə keçmələri istənilib, lakin əksəriyyət buna qarşı çıxıb. Mer polisə Haaqanı Amsterdam və Rotterdam da daxil olmaqla digər böyük şəhərlərlə birləşdirən A12 avtomobil yolunun nəqliyyat vasitələrinə açılması üçün lazımi tədbirlərin görülməsinə icazə verib. Əvvəlcə su şırnaqlarından istifadə edilib, bundan sonra polis yolu bağlayan insanları saxlamağa başlayıb.

Portalın məlumatına görə, ümumilikdə hüquq-mühafizə orqanları 500-ə yaxın adamı saxlayıb. Amma onları polis bölmələrinə belə aparmayıblar, sadəcə avtobuslara mindirib şəhər kənarına aparıb buraxıblar.
Bələdiyyədən verilən məlumata görə, aksiyada ümumilikdə 12 minə yaxın insan iştirak edib. Fəallar ən az 25 min adamın toplaşdığını iddia edirlər.