İndoneziya Prezidentindən çağırış
Dünya, ölkələri inkişaf etmiş və inkişaf edən ölkələrə bölməkdən əl çəkməlidir.
Demedia.az xəbər verir ki, bu barədə İndoneziya Prezidenti Coko Vidodo Yeni Dehlidə G20 sammitində çıxışı zamanı deyib.
“Biz şimala və cənuba, inkişaf etmiş və inkişaf etməkdə olanlara, şərq və qərbə bölən dixotomiyaya son qoymalıyıq”, - dövlət başçısı vurğulayıb.
“İndoneziya qlobal Cənubda fikir və maraqları ifadə etməkdə davam edir, həmçinin daha geniş regional təmsilçiliyi təşviq edir. Bu səbəbdən Afrika İttifaqının G20-də iştirakını alqışlayıram”, - Vidodo əlavə edib.
Qeyd edək ki, G20 sammiti 9-10 sentyabr tarixlərində Hindistanda keçirilir. Şənbə günü uzun müzakirə və razılaşmadan sonra yekun birgə bəyanatı qəbul etmək mümkün olub.
Xatırladaq ki, ötən il İndoneziya G20-yə sədrlik edib.