“KamAZ”la polis şöbəsinə hücum etdi



 15:57 12.09.2023     310

Rusiyanın Nijni-Novqorod vilayətində 36 yaşlı Özbəkistan vətəndaşı “KamAZ” markalı avtomobillə polis binasına hücum edib.

Demedia.az xəbər verir ki, bu barədə "Baza" teleqram kanalı məlumat yayıb.

Nəşrin məlumatına görə, sentyabrın 12-nə keçən gecə əcnəbi avtomobillə 2 saylı dayaq məntəqəsinin binasına yaxınlaşaraq kranla yaxınlıqda quraşdırılmış beton bloku götürüb və onunla binanı vurmağa başlayıb. Bir zərbə ön qapıya, digəri divara dəyib.  Nəticədə idarədə Daxili İşlər Nazirliyinin əməkdaşları içəridə  qalıblar.  

Sürücü hadisə yerindən qaçıb. Şübhəli iki saat sonra saxlanılıb. Müstəntiqlər faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsi (“Xuliqanlıq”) ilə cinayət işi açıb.