Aİ Şimali Koreyaya xəbərdarlıq etdi



 18:32 14.09.2023     421

Avropa İttifaqı (Aİ) Şimali Koreyaya xəbərdarlıq edib.

Demedia.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət xidmətinin nümayəndəsi Piter Stano məlumat verib.

Onun sözlərinə görə, rəsmi Pxenya Moksvaya hərbi yardım göstərərsə, Aİ Şimali Koreyaya sanksiya tətbiq edəcək: “Biz buna hazırıq”.

Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen In dünən Rusiyada səfərdə olub və Prezident Vladimir Putinlə görüşüb.