“SpaceX” növbəti “Starlink” internet peyklərini orbitə çıxardı
“Falcon 9” raket daşıyıcısı bu gün “Starlink” sisteminin qlobal şəbəkəsinin əhatə dairəsini genişləndirmək üçün mini peyklərdən ibarət növbəti partiyanı uğurla orbitə çıxarıb.
Demedia.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə “SpaceX” şirkəti məlumat yayıb.
“22 “Starlink” peykinin orbitə buraxılması təsdiqlənib”, - məlumatda qeyd edilib.
Raket buraxılışı Florida ştatındakı Kanaveral burnunda ABŞ Kosmik Qüvvələrinin 40-cı buraxılış kompleksindən həyata keçirilib.