Rusiya son 12 ildə ilk dəfə ABŞ-a rekord həcmdə neft satdı
Rusiya ABŞ-a son 12 ildə ilk dəfə rekord həcmdə neft və neft məhsulları tədarük edib.
Nexeber.az xəbər verir ki, bu məlumatı ABŞ Energetik Nazirliyi yayıb. Rusiya bununla ABŞ-a ixrac həcminə görə ikinci yerdə qərarlaşıb. Belə ki, ölkəyə Rusiyadan ixrac 22,938 milyon barrel təşkil edib.
Neft və neft məhsullarının ABŞ-a ixracına görə ilk yerdə Kanada qərarlaşıb. Meksika isə siyahıda ikinci yerdən üçüncü yerə düşüb. Dördüncü yeri Səudiyyə Ərəbistanı tutub.