Ermənistanda seçki pozuntusu faktları üzrə cinayət işi açıldı
Ermənistanın İstintaq Komitəsi İrəvan meri seçkilərində pozuntularla bağlı 8 cinayət işi açıb.
Demedia.az bu barədə yerli mətbuata istinadən xəbər verir.
Komitədən verilən məlumata görə, bütün qanun pozuntuları seçkiqabağı təşviqat dövründə - avqustun 23-dən sentyabrın 15-dək daxil olmaqla qeydə alınıb.
Söhbət seçkiqabağı təşviqatda iştiraka məcbur etmə, təşviqatın əmlakına zərər vurma, seçki mitinqində iştiraka məcbur etmə, o cümlədən xuliqanlıq və ya zor tətbiq etmə kimi pozuntulardan gedir.
Səsvermə günü iddia edilən pozuntularla bağlı daha iki məlumat daxil olub, lakin İstintaq Komitəsi onlar üzrə cinayət işinin başlanmamasına qərar verib.