İsveç Türkiyənin şərtini yerinə yetirməkdən imtina edib
İsveç PKK/YPG üzvünü Türkiyəyə təhvil verməkdən imtina edib.
Demedia.az-ın xəbərinə görə, İsveçin Ali Məhkəməsi adı açıqlanmayan terrorçu haqqında həbs cəzası çıxarıb.
Həbs müddəti başa çatdıqdan sonra onun Türkiyəyə ekstradisiyası nəzərdə tutulurdu. Lakin Stokholm bu şərti yerinə yetirməkdən imtina edib.
Bununla belə, İsveçdə PKK/YPG üçün xərac toplayan şəxs barədə ilk dəfə idi ki, həbs cəzası çıxarılıb.