Türkiyə Prezidenti Naxçıvana gəlir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvan Muxtar Respublikasına səfər edəcək.
Demedia.az bu barədə NTV-yə istinadən xəbər verir.
Səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə baş tutacaq.
Ərdoğan səfər çərçivəsində Qarabağda lokal antiterror tədbirlərindən sonra erməni separatçılarının tərk-silah prosesi və Zəngəzur dəhlizi ilə bağlı müzakirələr aparacaq.