ABŞ-dakı tərəflərin Rusiya və Çinə baxış “fərqi”
ABŞ-da hakimiyyətdə hansı partiyanın olmasından asılı olmayaraq, Çin və Rusiya təhdid sayılacaq.
Nexeber.az xəbər verir ki, bunu Çinin Şandun Universitetinin professoru Venşan deyib.
“Respublikaçılar Partiyası əvvəlki vəziyyətini saxlamaq istəyir və Çini ən böyük təhdid görür, Rusiyanı “ikinci” sayır. Demokratlar Partiyası isə daha böyük təhdid olaraq Rusiyanı görür, Çini ikinci yerə atır. Bu baxımdan tərəflərin fikri “üst-üstə düşməyə” bilər. Ancaq nəticə dəyişmir, hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Rusiya və Çin əsas təhdidlərdir”, – deyə o bildirib.