Rusiya XİN Ermənistanı hədələyib



 09:12 29.09.2023     284

Ermənistanın Roma Statutunu ratifikasiya etməsi ikitərəfli münasibətlər üçün ən mənfi nəticələrə səbəb olacaq.

Demedia.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

Nazirlikdən qeyd edilib ki, İrəvanın Roma Statutunu ratifikasiya etməsindən sonra Rusiya Prezidenti Vladimir Putinin Ermənistana səfərini təsəvvür etmək çətin olacaq.

Xatırladaq ki, Ermənistan parlamentinin Dövlət hüququ üzrə daimi komissiyası sentyabrın 28-də Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya edib.

Ermənistan parlamenti Roma statutunu təsdiqləyəcəyi təqdirdə, V.Putin Ermənistana gedərsə həbs olunmalıdır.

Kremlin sözçüsü Dmitri Peskov Ermənistan parlamentinin qərarını düşmənçilik kimi qiymətləndirib.