İrəvandan Putinin doğum gününə şok



 14:00 03.10.2023     292

Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya edib.

Demedia.az  xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Parlamentdə keçirilən səsvermə zamanı sözügedən qanun layihəsinin lehinə 60, əleyhinə isə 22 nəfər səs verib.

Məlumata görə, Roma Statutu oktyabrın 7-də, Rusiya Prezidenti Vladimir Putinin doğum günündə qüvvəyə minəcək.