Ukrayna Ordusu Rusiyaya məxsus 41 PUA-nı zərərsizləşdirib



 12:25 04.10.2023     272

Ukrayna Silahlı Qüvvələri Rusiyaya məxsus daha 41 pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.

Demedia.az xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahı yayıb.

Qeyd edək ki, Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisinə hərbi müdaxilə edib.

Məlumata görə, ötən sutka ərzində Rusiyanın 450 hərbçisi zərərsizləşdirilib.

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 279 890 hərbçisi məhv edilib.

Qeyd olunub ki, bundan əlavə, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 4 745 tank, 9026 zirehli maşın, 5121 operativ-taktiki PUA, 802 reaktiv yayılım atəşi sistemi, 6 612 artilleriya sistemi, 540 hava hücumundan müdafiə sistemi, 316 təyyarə, 316 helikopter, 8 962 avtomobil və tanker, 946 xüsusi texnikadan ibarətdir.