"Hazırda 26 min vətəndaş itkin düşmüş sayılır" - Ukrayna DİN
Hazırda Ukraynanın 11 min vətəndaşı və 15 min hərbçi xüsusi şəraitdə itkin düşmüş sayılır.
Demedia.az xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.
Ukrayna daxili işlər nazirinin müavini Leonid Timçenko bildirib ki, hazırda 26 min ukraynalı itkin düşmüş sayılaraq barələrində axtarış elan edilib.
Onun sözlərinə görə, itkin düşmüş hər şəxs barəsində məlumat qeydə alınır və reyestr aparılır: “Biz axtarışlarla bağlı Ukrayna Milli Polisi və Baş Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq edirik”.
L.Timçenko həmçinin vurğulayıb ki, indiyədək 9 minə yaxın ailə itkin düşmüş şəxslərin vahid reyestrindən çıxarış alıb.