100-ə yaxın məktəbli qız iflic oldu
Keniyada 95 məktəbli qız səbəbi hələ bilinməyən müəmmalı xəstəliyə tutulub.
Demedia.az xəbər verir ki, hadisə ölkənin qərbindəki Kakameqa şəhərindəki Eregi Qız Liseyində qeydə alınıb.
Belə ki, qızlar xəstəlik səbəbilə yeriyə bilməyib.Məktəblilərdən götürülən qan, sidik və nəcis nümunələri Kisumu və Nayrobidəki laboratoriyalara göndərilib. Nümunələrin nəticələrinin bu həftə açıqlanması gözlənilir.
Keniyanın Səhiyyə Naziri Susan Nakhumicha açıqlamasında bu günə qədər şagirdlər üzərində aparılan testlərdə heç bir nəticəyə rast gəlmədiklərini ifadə edərək, "İctimai səhiyyə müdiri ilə əlaqə saxladıq və dünəndən etibarən 95 qız xəstəxanaya yerləşdirildi. Bu günə qədər 5 test aparılıb və "Heç bir patogen aşkar edilməyib""- bildirib.
Bəzi ekspertlər xəstəliyə şübhə ilə yanaşsalar da, bunun "kütləvi isteriya" ola biləcəyini düşünürlər. Qızlarda görülən simptomların sinirləri zədələyən Guillain-Barré sindromunu (GBS) əks etdirdiyini irəli sürüblər. GBS qollarda, ayaqlarda və ya üzdə iflic yarada bilən bir xəstəlik kimi tanınır.