Rusiyada baş verən yanğın zamanı 5 nəfər öldü
Rusiya Federasiyasının Nijni Novqorod vilayətində baş verən yanğın zamanı 5 nəfər ölüb.
Demedia.az xəbər verir ki, bu barədə “İzvestiya” agentliyi məlumat yayıb.
"Yanğın nəticəsində 3-ü uşaq olmaqla 5 nəfər həlak olub", - xəbərdə bildirilir. Məlumata görə, hadisə Bakı vaxtı ilə saat 3:25-də Arzamas şəhər dairəsinin Sliznevo qəsəbəsində 60 kv.m. ərazidə baş verib.
Yanğının səbəbi hələ dəqiqləşdirilməyib.