İsraildə hərbi vəziyyət elan edildi
İsrailin mərkəzinin Qəzza zolağından raket atəşinə tutulması ilə əlaqədar ölkə üzrə hərbi vəziyyət elan edilib.
Demedia.az xəbər verir ki, bu barədə “əl-Cəzirə” məlumat yayıb.
Bildirilib ki, bununla əlaqədar ölkədə oktyabrın 7-nə nəzərdə tutulan bütün etiraz nümayişləri təxirə salınıb.
Qeyd olunub ki, raketlər Təl-Əvivdə daxil olmaqla raketlər İsrailin cənub və mərkəz rayonlarına düşməsi nəticəsində ölənlər və yaralananlar var.