HƏMAS-ın İsrailə hücumu nəticəsində 22 nəfər ölüb, 545 nəfər yaralanıb



 14:26 07.10.2023     369

HƏMAS-ın İsrailə hücumu nəticəsində yaralananlardan 545 nəfəri xəstəxanaya yerləşdirilib.

Demedia.az “The Times of Israel” nəşrinə istinadən xəbər verir ki, bu barədə İsrail Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində azı 22 nəfər ölüb. Ancaq ölənlərin sayının artacağı istisna edilmir.