Blinken: “İsrailə hücumda 1 000-ə yaxın silahlı iştirak edib”



 09:12 09.10.2023     273

Oktyabrın 7-də İsrailə hücumda iştirak edən yaraqlıların sayı min nəfərə yaxın idi.

Demedia.az-ın məlumatına görə, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken ABC telekanalına müsahibəsində deyib.

"Qəzza ətrafında döyüşlər davam edir. Ölkənin qalan hissəsində vəziyyət daha sakitdir. Amma döyüşlər həqiqətən də şiddətlidir, 1 000 yaxın döyüşçü İsrailə basqın edib. Onların əksəriyyəti öldürülüb və ya Qəzzaya qayıdıb, amma dediyim kimi, gərgindir. Döyüşlər davam edir", - Blinken deyib.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında Qəzza zolağından İsrailə raket hücumları başlayıb və eyni zamanda silahlı qruplar yəhudi dövlətinin ərazisinə daxil olub. Ordu "müharibə hazırlığı vəziyyəti" elan etdi və tezliklə cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.