Məhbuslar azadlığa çıxmaqdan imtina etdi - Pandemiyaya görə



 14:18 02.06.2021     408

Hindistanın Uttar-Pradeş ştatındakı doqquz həbsxanada 20-dən çox məhbus vaxtından əvvəl şərti azadlığa çıxmaq imkanından istifadə etməyiblər.

Nexeber.az xəbər verir ki, bu barədə "India Today" məlumat yayıb. Məhbusların bu qərarına səbəb pandemiya olub. Belə ki, onlar həbsxanada qalmağın pandemiya şəraitində daha təhlükəsiz olduğunu, gündəlik qida və zəruri dərman preparatları ilə təminatın yaxşı olduğunu bildiriblər.