İsrail ordusu Qəzza sakinlərinə çağırış edib
İsrailin Müdafiə Ordusu Qəzza şəhərinin sakinlərini Qəzza zolağının cənubuna getməyə çağırıb.
Demedia.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
“İsrail Müdafiə Ordusu Qəzza şəhərinin bütün dinc sakinlərini öz təhlükəsizlikləri üçün cənuba getməyə çağırır. Geri dönməklə bağlı digər göstəriş verildikdən sonra şəhərə qayıda bilərsiniz”, - deyə məlumatda qeyd olunub.
Bildirilir ki, HƏMAS terrorçuları dinc sakinlərin yaşadığı evlərin altında tunellərdə və binaların içərisində gizlənir.